Advert
Advert

UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib

Tarix:
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
Reklam

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.

Reyting.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.

Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M.Torresi nokaut edib.

Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir başa çatıb. Paytaxtdakı ilk analoji yarış 2025-ci ildə keçirilib.

Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.(Report)
 

Reklam