Advert
Advert

Uitkoff və Kuşnerin İranla bağlı danışıqları yüksək qiymətləndirilir

Tarix:
Uitkoff və Kuşnerin İranla bağlı danışıqları yüksək qiymətləndirilir
Reklam

Vaşinqtonun Tehranla texniki danışıqları davam edir.

Reyting.az xəbər verir ki, “Bloomberg” agentliyinin ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner Dohada "regional liderlərlə müsbət müzakirələr aparıblar".

Qətər Xarici İşlər Nazirliyi daha əvvəl Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Taninin Uitkoff və Kuşnerlə İran-ABŞ hərbi əməliyyatlarının dayandırılması haqqında memorandum çərçivəsində danışıqları müzakirə etdiyini bildirmişdi. Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyət, xüsusilə Livandakı atəşkəs barədə fikir mübadiləsi aparıblar.

E.Kamal
 

Reklam