Advert
Advert

Ukrayna 90 milyard avroluq kreditin ilk tranşını alıb

Tarix:
Ukrayna 90 milyard avroluq kreditin ilk tranşını alıb
Reklam

İyunun 25-də Ukrayna 90 milyard avroluq kreditdən 3,2 milyard avroluq ilk tranşı alıb. 

Reyting.az xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko Telegram-da bildirib.
 
Baş nazir yazıb ki, Ukrayna 3,2 milyard avro məbləğində Avropa Birliyinin Ukrayna Dəstək Kreditinin ilk tranşını qəbul edib.

Onun sözlərinə görə, vəsait artıq dövlət büdcəsinə köçürülüb və bundan müdafiə qabiliyyətini ilə yanaşı sosial dayanıqlığı gücləndirmək üçün istifadə olunacaq.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də kreditin ilk tranşının Ukraynaya köçürüldüyünü elan edib:

"Bu gün 90 milyard avroluq kreditin ilk tranşını Ukraynanı dəstəkləmək üçün köçürürük. Bu, Avropa həmrəyliyinin hərəkətdə olmasıdır".

Von der Lyayen vurğulayıb ki, son bir ildə tərəfdaşlar Ukraynanın iqtisadi təməllərini möhkəmləndirib və Avropaya doğru yolunu irəlilədiblər.

"Biz böyümə üçün yeni imkanlar yaratdıq. İndi 20 trilyon avroluq vahid bazarın gələcək üzvü olan Ukraynaya investisiya qoymağın vaxtıdır", - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

Y. Qacar
 

Reklam