Ukrayna yeni ballistik raketinin ilk uçuş sınaqlarına hazırlaşır.
Reyting.az xəbər verir ki, bu barədə "Kyiv Post" nəşri yazıb.
Məlumata görə, Ukrayna istehsalı olan yeni və müasir ballistik raketin ilk uçuş sınaqları bu yay başlayacaq.
Qeyd olunur ki, hazırda ölkənin istifadəsində olan əksər yerli ballistik raketlərin xüsusilə də müharibə şəraitində çox məhdud uçuş məsafəsinə malik olması nəzərə alınmaqla, yeni raketlər daha uzaq hədəfləri vurmaq məqsədilə hazırlanır.
Nəşrin yazdığına görə, yeni raket proqramı Ukraynanın uzaqmənzilli zərbə imkanlarını genişləndirməyi hədəfləyir. Mütəxəssislər vurğulayıblar ki, orta, uzaqmənzilli ballistik raketlər layihəsi Rusiyanın işğalçı savaşına qarşı döyüşən Ukrayna dövlətinin müdafiə sənayesindəki uğurlu yeniliklərindən xəbər verir.
Oqtay Qorçu