Rusiya ordusunun bu ölkəyə qarşı apardığı müharibə şəraitində, belə bir çətin dövrdə öz fəaliyyətlərinə davam edən
Ukraynanın bir çox şirkətləri beynəlxalq auditoriya ilə əməkdaşlığı get-gedə genişləndirirlər. 2026-cı ilin infoqrafikasına əsasən, 2025-ci ildə onlayn ödənişlərin 90 faizdən çoxu Ukrayna kartları ilə həyata keçirilib. Həmçinin bu fakt onu göstərir ki, xarici müştərilər daha yüksək məbləğlər xərcləməklə, böyük uğurlara nail olub və biznes dövriyyəsinin əhəmiyyətli hissəsini formalaşdırmağı bacarıblar.
Reyting.az-ın wayforpay.com saytına istinadla verdiyi məlumata görə, təkcə 2025-ci ildə Ukrayna kartları ilə 20,5 milyon tranzaksiya həyata keçirilib ki, bu sahədəki proseslərdə də ümumi məbləğ təxminən 18,57 milyard qrivna olub.
Araşdırmalar göstərir ki, xarici kartlarla ödənişlərin orta məbləği təxminən 3279 qrivnadan çox olub. Bu göstəricilərə görə, Ukrayna kartları üzrə edilən ödənişlər orta çekdən, yəni 906 qrivnadan 3,5 dəfə yüksəkdir.
Hesabatda xatırlanır ki, ümumiyyətlə xarici bazarların arasında ən böyük pay ABŞ-a məxsus olsa da, ABŞ kartları ilə Ukraynanın biznesinə yatırım və köçürmələr, ödənişlər təxminən 1,31 milyard qrivnadan çox olub.
Bu sahədə ikinci yerdə Polşadır. Bu ölkənin Ukrayna biznesindəki payına düşən ödəniş 947 milyon qrivnaya yaxındır. Sonrakı yerlərdə Böyük Britaniya Krallığı və Almaniya qərarlaşıb.
2026-cı ildə də bu yeni statistikada adı keçən liderlərin mövqeyi dəyişməyib. Əvvəlki illərdə olduğu kimi yenə də ABŞ, Polşa, Böyük Britaniya və Almaniya Ukrayna satıcıları üçün önəmli beynəlxalq bazarlar kimi qalırlar. Bu sahədə ən fəal ölkələrin sırasında Çexiya, Kanada, İsrail, İspaniya və İtaliya da var.
Ekspertlərin fikrincə, müharibə şəraitində yaşayan Ukrayna üçün xarici auditoriyaya çıxış, yerli sifarişlərin sayını artırmaqdan da daha çox, gəlir artımını təmin edəcək.


Oqtay Qorçu