Advert
Advert

Ukrayna dronları neft emalı zavoduna zərbə endirib

Tarix:
Ukrayna dronları neft emalı zavoduna zərbə endirib
Reklam

Ukrayna dronları Tuapsedəki neft emalı zavoduna hücum edib. Dronların qalıqları zavodun üzərinə düşərək yanğına səbəb olub. 

Reyting.az xəbər verir ki, Rusiyanın Krasnodar diyarındakı xüsusi qrup itkinin olmadığını bildirib. 

Yanğının söndürülməsində 122 nəfər və 39 texnika iştirak edir. Ölkənin ən böyük 10 zavodundan biri və Rusiyanın Qara dəniz sahillərində yeganə olan “Rosneft”in neft emalı zavodu 16 və 20 apreldə də zərbələrə məruz qalıb. 

Birinci hücum yanğınla nəticələnib, ikincisi isə yanğından əlavə bir nəfərin ölümünə səbəb olub. 

Neft emalı zavodunun vahid istehsal kompleksi təşkil etdiyi Tuapse limanındakı neft terminalının infrastrukturu da zədələnib. Xüsusilə, neft məhsulları saxlama çəni yanıb. 

Məlumata görə, hücumlar neft emalı zavodunu neft emalını dayandırmağa məcbur edib. 20 apreldən sonra baş verən yanğın yalnız dörd gün sonra tamamilə söndürülüb. Saxlama çənlərinə dəyən ziyan dənizə tökülən neft sızmasına səbəb olub. Bir həftə ərzində neft ləkəsi sahil boyunca 77 kilometr uzanıb. Krasnodar diyarının hakimiyyət orqanları təxminən 4200 kubmetr çirklənmiş torpaq və su-neft qarışığı topladıqlarını bildiriblər.

Bu arada, Tuapse neft terminalındakı yanğından yaranan duman, Soçi və Anapa da daxil olmaqla, Rusiyanın demək olar ki, bütün Qara dəniz sahillərini bürüyüb. Hətta tüstünün Stavropol və Armavirə də çatdığı bildirilir.

V. Quliyev

Reklam