Ukraynanın dövlət qurumlarının fəaliyyətini davam etdirməsi üçün 2026-cı ildə 46,4 milyard dollar maliyyə vəsaitinə ehtiyac yaranacağı bildirilir.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin hesablamalarına istinadla TASS məlumat yayıb.
Məlumata görə, Kiyev 2030-cu ilədək dövlətin fəaliyyətinin və iqtisadi dayanıqlığının təmin olunması məqsədilə Qərb müttəfiqlərindən ümumilikdə ən azı 154 milyard dollar maliyyə dəstəyi almağa ümid edir.
Nazirliyin hesablamalarına əsasən, dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi üçün 2026-cı ildə 46,4 milyard dollar, 2027-ci ildə 47,7 milyard dollar, 2028-ci ildə 35 milyard dollar, 2029-cu ildə isə 24,7 milyard dollar tələb olunacaq. Qeyd edilir ki, bu rəqəmlər ilkin xarakter daşıyır və gələcəkdə yenidən nəzərdən keçirilə bilər.
Kiyev sözügedən vəsaitin bir hissəsini İqtisadi Dayanıqlılıq Fəaliyyəti (ERA) proqramı çərçivəsində immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə etməyi, qalan hissəsini isə Qərb ölkələri, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən təqdim ediləcək kreditlər və geri qaytarılmayan maliyyə yardımları hesabına təmin etməyi planlaşdırır.
E. Kamal