Advert
Advert

Ukrayna ordusu 600 kvadrat kilometrdən artıq ərazini işğaldan azad edib

Tarix:
 Ukrayna ordusu 600 kvadrat kilometrdən artıq ərazini işğaldan azad edib
Reklam

May ayında Ukrayna Müdafiə Qüvvələri cəbhənin ayrı-ayrı istiqamətlərində təşəbbüsü ələ keçirməyə davam edib və Rusiyanın nəzarətə götürdüyündən daha çox ərazini işğaldan azad edib.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, cəbhədə vəziyyət mürəkkəb və dinamik olaraq qalır:

“Düşmən Ukraynanın şərqində və cənubunda irəliləməyə cəhdlərini davam etdirir, döyüş toqquşmalarının sayı isə xeyli artıb. Ən gərgin döyüşlər Pokrovsk, Aleksandrivsk və Hulyaypole istiqamətlərində gedir”, - deyə Sırski qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri bəzi istiqamətlərdə təşəbbüsü öz əlində saxlamağa davam edir.

“May ayında həyata keçirilən aktiv əməliyyatlar nəticəsində azad edilmiş ərazilər itirilmiş ərazilərdən təxminən 100 kvadrat kilometr çox olub. Ümumilikdə isə ilin əvvəlindən bəri 600 kvadrat kilometrdən artıq Ukrayna ərazisi işğaldan azad edilib”, - deyə general bildirib.

Sırski əlavə edib ki, Pilotsuz Sistemlər Qüvvələrinin fəaliyyəti nəticəsində 88 mindən çox hədəf vurulub.

“Pilotsuz Sistemlər Qüvvələri Komandanlığının məlumatına görə, 30 min 500-dən çox Rusiya hərbçisi zərərsizləşdirilib. Eyni zamanda, uzaqmənzilli zərbə vasitələri Rusiya ordusunun qərargahlarına və sursat anbarlarına sistemli zərbələr endirməyə davam edib”, - deyə o qeyd edib.

Bundan əlavə, Sırski bildirib ki, may ayında həyata keçirilən dərin zərbə əməliyyatları nəticəsində düşmənə dəyən birbaşa və dolayı iqtisadi zərərin həcmi təxminən 1,058 milyard dollar təşkil edib.

V. Quliyev
 

Reklam