Advert
Advert

Ukrayna ordusu kafe və otelə hücum edib

Tarix:
Ukrayna ordusu kafe və otelə hücum edib
Reklam

Ukrayna pilotsuz təyyarəsi Xerson vilayətinin Xorli şəhərindəki kafe və otelə hücum edib. Nəticədə həlak olan mülki şəxslərin cəsədləri tamamilə yanıb.

Reyting.az xəbər verir ki, bunu qubernator Vladimir Saldo "Rossiya-24" telekanalına bildirib.

V. Saldo deyib ki, cəsədlər demək olar, tamamilə yanıb: “Dəhşətlidir, sadəcə izləmək qorxuncdur, çünki bu, nüvə zərbəsindən sonra olduğu kimidir - yalnız siluetlər qalıb".

Xerson Ukraynanın inzibati ərazisi olsa da, 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiyanın işğalı altındadır.

V. QULİYEV

Reklam