Ukrayna qüvvələri işğal olunan Xerson vilayətini Krımla birləşdirən bir neçə körpünü bağlayır. Beləliklə, Ukrayna ordusu yarımadaya gedən əsas Rusiya logistika yollarını pozur və rusların daha da irəliləməsinə maneələr yaradır.
Reyting.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri Ukrayna zərbələrinin nəticələrini təhlil edərkən bildirib.
Xerson bölgəsindəki Rusiya qüvvələrinin rəhbəri Vladimir Saldo iyunun 11-də deyib ki, Ukrayna qüvvələri Xerson bölgəsini Krımla birləşdirən bir neçə körpüyə zərbə endirib. Qeyd olunur ki, işğal olunmuş Preobrajenka və Myrne şəhərlərinin yaxınlığındakı Şimali Krım kanalı üzərindəki körpü, Perekop-Armyansk avtomobil körpüsü və Stavki avtomobil körpüsü vurulub. Bu körpülər Şimali Krım kanalından keçir və M-17 Armyansk-Oleşki avtomobil yolu boyunca uzanır.
“Ukraynalı komandir 11 iyunda Ukrayna Silahlı Qüvvələrinin Armyanskdan keçərək işğal olunmuş Krıma gedən Rusiya logistika marşrutuna zərbə endirdiyini, yanacaq və sursat daşıyan təxminən 50 Rusiya hərbi yük maşınını zədələdiyini və ya məhv etdiyini bildirib”, - deyə analitiklər qeyd edirlər.
Komandir bildirib ki, Rusiya qoşunları 7-8 iyun gecəsi və 9 iyun tarixində Ukraynanın hücumlarından sonra logistikanı Armyansk marşrutuna yönəldiblər və bu hücumlar işğalçı hakimiyyətin bağladığı Çonhar körpüsünə zərər verib. Onun sözlərinə görə, əvvəlki zərbələr Rusiya qoşunlarını Perekop-Armyanskını işğal olunmuş Donetsk vilayəti əvəzinə Krımdan gələn marşrutlardan istifadə etməyə məcbur edib.
Rusiya Telegram kanalları həmçinin bildirib ki, 10-11 iyun, 7-8 iyun və 9 iyun gecələri Ukraynanın hücumları Xersondan Krıma gedən bütün quru yollarını müvəqqəti olaraq bağlayıb və Çonhar körpüsünə ciddi ziyan vurub.
ISW-nin qeyd etdiyi kimi, Ukrayna qüvvələri işğal olunmuş cənubi Ukraynada Rusiya logistika marşrutlarına qarşı orta mənzilli hücumlar kampaniyasını gücləndirir və Rusiyanın Rusiyadan işğal olunmuş Krıma təchizat yollarından təhlükəsiz istifadə etmək qabiliyyətini pozur: “Ukraynanın davam edən hücumları, ehtimal ki, döyüş meydanında kaskad nəticələrinə səbəb olacaq və Rusiyanın hücum əməliyyatlarına hazırlığını çətinləşdirə bilər”.
Qeyd edək ki, Ukrayna ordusu Çonqar körpüsünə kritik zərbələr endirib, onu dayaqlarına qədər dağıdıb və həmçinin Perkop-Armyansk keçidi dağıdılıb. Bu, Rusiyanın Novorossiya şossesi vasitəsilə quru logistikasını tamamilə pozub.
V. Quliyev