Ukraynanın pilotsuz uçan aparatları (PUA) Başqırdıstana hücum edib. PUA-ların qalıqları Ufada yaşayış binasının üzərinə düşüb.
Reyting.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən “Shot” Telegram kanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, bu gün səhər saat 6:00 radələrində sənaye zonasının yaxınlığında silsilə partlayışlar eşidilib və hücumdan sonra yanğın baş verib.
Hazırda PUA hücumunun nəticələri barədə rəsmi məlumat yoxdur. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin PUA-ları Krasnodar diyarına hücum etmişdi. Yerli sakinlər səmada şimşəklər görüb və partlayış səsləri eşidiblər.
V. Quliyev