Advert
Advert

Ukrayna Rusiyaya qabaqlayıcı zərbələr endirəcək

Tarix:
Ukrayna Rusiyaya qabaqlayıcı zərbələr endirəcək
Reklam

Kiyev Moskvanı danışıqlar masasına oturtmaq məqsədilə enerji infrastrukturuna hücumları gücləndirdiyi bir vaxtda Rusiyanın müharibə aparmaq üçün istifadə etdiyi hədəflərə qarşı qabaqlayıcı zərbələr endirəcək.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, “Mən kəşfiyyat orqanlarına və silahlı qüvvələrimizə Rusiyanın hərbi əməliyyatlarını genişləndirmək üçün istifadə etdiyi hədəflərə qarşı qabaqlayıcı tədbirlər görməyi tapşırmışam”.

Xatırladaq ki, çərşənbə günü Ukrayna dronları Rusiyanın işğalı altında olan Krımın ən böyük şəhərində elektrik enerjisinin verilişini dayandırıb, həmçinin Rusiyanın mərkəzi və cənub bölgələrindəki hədəflərə zərbələr endirib. Kiyevin neft emalı zavodlarına və enerji obyektlərinə hücumları nəticəsində yaranan yanacaq böhranı isə daha da dərinləşib.

E. Kamal
 

Reklam