google-site-verification=AvxSB3Hu7sp2iRHMDyTX7npF_adU7nkxO_dATA_Eiz0
Avropa Komissiyası Ukraynaya silah təchizatı və onun hərbi-sənaye kompleksinin inkişafı üçün 1,5 milyard avroluq hərbi investisiya proqramı qəbul edib.
Reyting.az-ın məlumatına görə, Avropa Komissiyasının bəyanatında bildirilir ki, Avropa və Ukrayna müdafiə sənayesinin inkişafı və modernləşdirilməsi üçün Avropa Müdafiə Sənayesi Proqramı çərçivəsində 1,5 milyard avroluq iş proqramı qəbul edilib.
Bu məbləğin 700 milyon avrosu Ukraynanı dəstəkləmək üçün dron əleyhinə sistemlərin, raketlərin və sursatların alınmasına, 260 milyon avrosu isə Ukrayna hərbi sənayesinin "inkişafına və modernləşdirilməsinə" yönəldiləcək. Proqramın icrasına 31 martda başlamaq planlaşdırılır.
E. Kamal