Ukraynalı oliqarxların Krımdakı aktivlərinin əksəriyyəti artıq milliləşdirilib və hazırda sahibləri illər ərzində dəyişmiş gizli aktivlərin müəyyənləşdirilməsi istiqamətində axtarış işləri aparırlar.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Krım parlamentinin sədri Vladimir Konstantinov məlumat yayıb.
Onun sözlərinə görə, ən çox görünən aktivlərin əksəriyyəti artıq müəyyən edilib və milliləşdirilib. “Biz hazırda uzun müddət gizlədilən və mülkiyyətçi dəyişikliyi olan müəssisələr üzərində daha ətraflı işləyirik. Bu proses hərtərəfli yanaşma tələb edir, çünki saxta sahiblərə tez-tez rast gəlinir”, – deyə Konstantinov qeyd edib.
V. Quliyev