Advert
Advert

Ukraynaya dron istehsalı üçün təxminən 4 milyard avro ayırılıb

Tarix:
Ukraynaya dron istehsalı üçün təxminən 4 milyard avro ayırılıb
Reklam

Avropa İttifaqı (Aİ) Ukraynanın dövlət büdcəsinin xüsusi fonduna daha 3,8 milyard avro vəsait köçürüb.

Reyting.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.

Onun sözlərinə görə, ayrılan vəsait prioritet müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) istehsalının artırılmasına, müdafiə sənayesinin imkanlarının gücləndirilməsinə və cəbhənin təcili təchizatının təmin edilməsinə yönəldiləcək.

"Bu, yeni maliyyə aləti olan “Ukrayna Dəstək Krediti” proqramı çərçivəsində ayrılan ilk müdafiə tranşıdır", - deyə Baş nazir bildirib.

Sviridenko xatırladıb ki, iyunun 25-də də həmin maliyyə aləti çərçivəsində Ukraynanın dövlət büdcəsinə 3,2 milyard avro köçürülüb.

Beləliklə, “Ukrayna Dəstək Krediti” proqramı çərçivəsində ölkəyə ayrılan vəsaitin ümumi həcmi 7 milyard avroya çatıb.

E. Kamal
 

Reklam