Rusiyanın Kiyev şəhərinə və Dneprə gecə ərzində endirdiyi genişmiqyaslı zərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Reyting.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qanja “Telegram”-da deyib ki, çərşənbə axşamı gecəsi Rusiya Silahlı Qüvvələrinin Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16-ya çatıb, dördü uşaq olmaqla 42 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçko isə sosial media hesabında qeyd edib ki, 2 iyunda düşmənin kütləvi hücumu nəticəsində paytaxt Kiyevdə yaralananların sayı 90 nəfərə çatıb. 52 yaralı xəstəxanalardadır, onlardan ikisi uşaqdır.
V. Kliçko 6 nəfərin həlak olduğunu bildirib.
Onu da qeyd edək ki, yerli KİV-lərin son məlumatına görə, hücumlar nəticəsində ölənlərin sayı artır.
V. Quliyev