"DreamWorks" studiyasının istehsal etdiyi və "Şrek" franşizasının məşhur qəhrəmanı olan Ulağa həsr edilən spin-off animasiya filminin təqdimat tarixi açıqlanıb.
Reyting.az xəbər verir ki, bu barədə kino şirkətindən "Deadline" nəşrinə bildiriblər.
Məlumata görə, 2026-cı ildə istehsalına başlanılan və hazırda texniki işləri davam etdirilən "Ulaq” (Donkey) animasiya filmi 2028-ci il iyunun 30-da ABŞ kinoteatrlarında nümayiş olunacaq.
Filmin baş qəhrəmanını "Şrek" animasiyasında olduğu kimi yenidən Hollivudun məşhur aktyoru və komediya ustası Eddi Merfi səsləndirəcək. Filmin rejissoru isə Çarli Bindir.
Bundan bir il əvvəl – 2027-ci ilin yayında isə dünyada milyonlarla tamaşaçı toplayaraq böyük gəlir əldə edən məşhur "Şrek" cizgi filminin beşinci hissəsi ekranlara çıxacaq.
"Şrek 5"in əsas heyətində ciddi dəyişiklik nəzərdə tutulmur. Bununla belə, bu dəfə səsləndirmə heyətinə məşhur aktrisa Zendaya da qoşulacaq.
Oqtay Qorçu