Avstraliyanın Kvinslend Universitetində dünyanın ən uzunmüddətli laboratoriya təcrübəsi bu günədək davam edir. İlk dəfə 1927-ci ildə fizik Tomas Parnellin ideyası əsasında alimin təşəbbüsü sayəsində başladılmış bu təcrübə ilk baxışdan bərk maye görüntüsü yaradan qətranın əslində, çox yavaş axan bir maye olduğunu elm aləmində nümayiş etdirməyi hədəfləyirdi.
Reyting.az "Interesting Engineering" nəşrinə istinadla bildirir ki, zamanında təcrübə aparan Parnell qətranı qızdırmaqla, mayeni şüşə qıfa töküb, daha sonra isə onun vaxt axarında damcı-damcı necə axmasını müşahidə etməyə başlayıb.
Qeyd olunur ki, 1930-cu ildən bəri qıfdan cəmi doqquz damcı düşüb. Sonuncu damcı 2014-cü ilin aprelində müşahidə edilib. Mütəxəssislər bildiriblər ki, növbəti damcı hələ də formalaşma mərhələsindədir.
Tədqiqatçıların sözlərinə görə, qətran eyni zamanda elmə məlum olan ən yığcam mayelərdən biri hesab olunur və bu tarixi, hələ də davam edən elmi təcrübə bir daha onun yığcam formasının sudan təxminən 230 milyard dəfə yüksək olduğunu sübuta yetirib.
Alimlərin fikrincə, "Pitch Drop Experiment" kimi tanınmış bu təcrübə maddələrin uzun zaman kəsiyində, fasilələr də daxil olmaqla, fərqli xüsusiyyətlərə malik ola biləcəyini də göstərib. Bunun böyük əhəmiyyət kəsb edən ən maraqlı sübutu indiyədək heç bir elm adamının laboratoriyada damcının düşmə anını müşahidə edə bilməməsidir.
Kvinslend Universitetinin elmi əməkdaşları bildiriblər ki, hazırda 100 ilə yaxındır davam edən təcrübəni onlayn izləmək mümkündür.

Oqtay Qorçu