Advert
Advert

Uran hasilatında lider ölkələr məlum olub 

Tarix:
 Uran hasilatında lider ölkələr məlum olub 
Reklam

Dünyada atom energetikasına marağın yenidən artması urana olan tələbatı da artırıb. Dünya Nüvə Assosiasiyasının məlumatına görə, 2024-cü ildən uran hasilatında liderlik Qazaxıstana məxsusdur.

Reyting.az xəbər verir ki, Qazaxıstan ötən il 23 270 ton uran hasil etməklə, dünya istehsalının üçdə birindən çoxunu təmin edib. Mütəxəssislər bunu ölkədəki zəngin yataqların mövcud olması, eyni zamanda maya dəyəri aşağı olan uran hasilatı texnologiyaları ilə əlaqələndiriblər.

Uran hasilatı sahəsində ikinci yerdə 14 309 ton göstərici ilə Kanada qərarlaşıb. Bu ölkənin ərazisində iri uran mədənlərinin fəaliyyətinin yenidən bərpası hasilatın çox sürətlə artmasına şərait yaradıb.

Siyahıda önə çıxan Namibiya isə 7 333 ton uran hasilatı ilə əsas təchizatçılar sırasında mövqeyini möhkəmləndirib.  Ekspertlərin fikrincə, xarici investisiyalar, həmçinin nüvə yanacağına artan tələbat son illər ərzində Namibiyaya uran hasilatını getdikcə daha çox artırmaq imkanı yaradıb. 

Oqtay Qorçu
 

Reklam