Advert
Advert

Ursula fon der Lyayen korrupsiyada ittiham olunur

Tarix:
Ursula fon der Lyayen korrupsiyada ittiham olunur
Reklam

Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni qanunsuz hərəkətlərdə - korrupsiyada ittiham edirlər.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, belə bir ittihamı bu yaxınlarda “Vozrojdeniye” partiyasının nümayəndə heyətinin rəhbəri kimi Rusiyaya səfər etmiş bolqarıstanlı deputat Angel Georgiyev səsləndirib.

Georgiyev iddia edib ki, Lyayen keçmiş baş nazir və Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar siyasi partiyasının lideri Boyko Borisovla sövdələşmə aparıb. 

Deputatın sözlərinə görə, hər bir bolqar Borisovun korrupsioner olduğunu bilir, lakin Urusla fon der Lyayen hər halda ondan istifadə edib və yalnız onun sayəsində seçkidə bu qədər səs toplayıb: 

“Deməli, bu, Avropanın əsl simasıdır. Bu, biabırçılıqdır. Çünki bu, Avropaya qətiyyən lazım olmayan bir şeydir”.

Y. Qacar
 

Reklam