Advert
Advert

ÜST yeni epidemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Tarix:
ÜST yeni epidemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Reklam

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo və Uqandada yayılmış “Ebola” epidemiyası ilə bağlı beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib. Bununla yanaşı, təşkilat epidemiyanın hələlik “pandemiya fövqəladə vəziyyəti” meyarlarına cavab vermədiyini vurğulayıb.

Reyting.az xarici mediaya istinadən xəbər verir ki, bunu təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus Konqo və Uqandada virusun yayılması ilə bağlı açıqlamasında bildirib.

Təşkilat rəhbəri qeyd edib ki, “Bundibugyo” virusunun yaratdığı vəziyyətin beynəlxalq əhəmiyyətli ictimai səhiyyə üzrə fövqəladə hal kimi qiymətləndirilməsi barədə qərar qəbul olunub.

V. Quliyev
 

Reklam