Advert
Advert

Vaqonda cəsədləri tapılan miqrantların ölüm səbəbi açıqlanıb

Tarix:
 Vaqonda cəsədləri tapılan miqrantların ölüm səbəbi açıqlanıb
Reklam

ABŞ-ın Texas ştatının Laredo bölgəsində, Meksika sərhədi yaxınlığında, yük vaqonunun içərisində cəsədləri tapılan 6 miqrantın, o cümlədən bir uşağın ölüm səbəbi açıqlanıb.

Reyting.az xatırladır ki, rəsmilər 12 mayda ştatın Meksika sərhədinə yaxın bir bölgəsində qatar vaqonunun içərisində ölü tapılan 6 miqrantla bağlı açıqlamalar veriblər.

Ölən şəxslər Honduras və Meksikadandır. Onların arasında 14 yaşlı bir uşağın da olduğunu bildirilir.

Rəsmilər qeyd ediblər ki, hadisə yerindən təxminən 240 kilometr aralıda cəsədi tapılan 49 yaşlı Meksika vətəndaşının da ölüm səbəbinin bu işlə əlaqəli olduğu düşünülür.

Miqrant qaçaqmalçılığının qurbanı olduğu ehtimal edilən şəxslərin həddindən artıq istidən qaynaqlanan hipertermiyadan öldüyü güman edilir.

Bundan əvvəl bildirilir ki, 12 may tarixində Laredo ərazisində 6 nəfərin cəsədi “Union Pacific” dəmir yolu şirkətinin işçisi tərəfindən yük konteynerinin içərisində aşkar edilib.

V. Quliyev
 

Reklam