“Vaşinqtonun bir çox müttəfiqi Amerikanın İrana qarşı əməliyyatından dərs almalıdır”.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset keçirdiyi brifinqdə bəyan edib.
Heqset İsrailin döyüş meydanında “cəsur, bacarıqlı və fəal müttəfiq” olduğunu qeyd edərək, Tel-Əvivə təşəkkürünü bildirib.
“Dünyanın qalan hissəsi və bizim digər qondarma müttəfiqlərimiz real döyüş imkanlarının necə olduğunu gördülər və buna diqqət yetirməlidirlər”, – Pentaqonun rəhbəri vurğulayıb.
Y.Qacar