BMT Təhlükəsizlik Şurası İran və ABŞ arasında yekun razılaşmanı təsdiqləyəcək.
Reyting.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın mənbəyi ABŞ və İran arasında əldə olunan yekun razılaşmanın BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənəcəyini bildirib.
Mənbənin sözlərinə görə, 60 gün müddətinə nəzərdə tutulan yekun razılaşma üzrə danışıqlar tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.
Qeyd olunur ki, yekun sənəddə İranda zənginləşdirilmiş uranla bağlı razılaşma da yer alacaq.
Y. Qacar