Advert
Advert

Venesuelada güclü zəlzələ baş verib (Yenilənib)

Tarix:
Venesuelada güclü zəlzələ baş verib (Yenilənib)
Reklam

Venesuelada Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib.

Reyting.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 
Məlumata görə, iki ardıcıl təkan olub: biri 7,1 bal gücündə, digəri isə təxminən 10 kilometr dərinlikdə 7,5 bal gücündə.

Seysmik hadisə bir neçə böyük neft emalı zavodunun yerləşdiyi Montalbandan 28 kilometr aralıda qeydə alınıb.

İlk dəqiqələrdə verilən sunami xəbərdarlığı artıq ləğv edilib.

Karakasda təkanlar hiss edilib. Sosial mediada hadisə yerindən görüntülərdə zədələnmiş binalar görünür.

Məlumata görə, bir çox bina uçmaq təhlükəsi ilə üzləşir və qurbanların axtarışı davam edir. 

Venesuela Rabitə və İnformasiya Nazirliyinin məlumatına görə, zəlzələ Yaracuy, Lara, Merida, Aragua, Carabobo, La Guaira və Miranda da daxil olmaqla, ölkə daxilində, eləcə də paytaxt rayonunda hiss edilib.

Öz növbəsində, Venesuela daxili işlər naziri Diosdado Kabello bir neçə binanın dağıldığı Karakas məhəlləsi Altamiradakı vəziyyəti həyəcanverici adlandırıb. 

Bu arada, ABŞ Geoloji Xidməti (USGS) Venesuela zəlzələsini qırmızı həyəcan siqnalı verib. Bu o deməkdir ki, mütəxəssislər çoxsaylı itki və genişmiqyaslı ziyan riskinin yüksək olduğuna inanırlar.

Onu da qeyd edək ki, ilkin məlumata görə, zəlzələ nəticəsində ən azı 32 nəfərin həlak olduğu, çoxsaylı xəsarət alanların olduğu bildirilir. İtki sayının artma ehtimalı var.

***

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb, təxminən 1000 nəfər yaralanıb.

Reyting.az xəbər verir ki, bu barədə Respublika Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges bildirib və onun bəyanatı “Venezolana de Televisión” televiziya kanalı tərəfindən yayımlanıb.

"Hazırda 164 qurban təsdiqlənib, 971 nəfər yaralanıb", - deyə o bildirib.

Rodrigez əlavə edib ki, zəlzələdən sonra təxminən 30 afterşok qeydə alınıb.

V. Quliyev
 

Reklam