Advert
Advert

Vens: ABŞ İran gəmilərinin hərəkətinə şərait yaradıb

Tarix:
Vens: ABŞ İran gəmilərinin hərəkətinə şərait yaradıb
Reklam

ABŞ İranla razılaşmanın bir hissəsi olaraq, İslam Respublikasının dəniz limanlarının blokadasını faktiki olaraq aradan qaldırıb və 10-dan çox gəminin İran limanlarına keçməsinə icazə verib.

Reyting.az “Associated Press” Agentliyinə istinadla bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens məlumat verib.

Onun sözlərinə görə, ABŞ ilkin mərhələdə hərbi sahədə də razılaşmanın özünə aid hissəsini yerinə yetirir.

Vens bildirib ki, İran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb. 

Vitse-prezident əlavə edib ki, 17 iyun çərşənbə axşamı gəmiçilik kanalından 12,5 milyon bareldən çox neft daşınıb.

Y. Qacar

Reklam