İsrailin mövqeyindən asılı olmayaraq, Vaşinqton İranla razılaşmanı davam etdirəcək.
Reyting.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu barədə “Fox News” telekanalının efirində bildirib.
Vens vurğulayıb ki, Amerika tərəfi uzunmüddətli nizamlamaya nail ola bilər:
“İsrail bunu bəyənə də, istəməyə də bilər, lakin biz bunun ABŞ-ın maraqlarına uyğun olduğuna inanırıq. Ona görə də biz bunu davam etdirəcəyik”.
Rəsmi Vaşinqton Tehranla razılaşmanın ən mühüm parametrlərindən biri kimi İranın sənədi imzalamasını deyil, tərəflər arasında razılaşmalara əməl olunmasına nəzarət mexanizmini göstərib.
Y. Qacar