Advert
Advert

VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Tarix:
VI
Reklam

VI "Yüksəliş" müsabiqəsinin üç gün davam edən yarımfinal mərhələsi başa çatıb.

Reyting.az xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə baş tutan yarımfinal mərhələsində müsabiqənin əvvəlki mərhələlərini uğurla tamamlamış 331 iştirakçı final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinalçıları təbrik edərək onlara uğurlar arzulayıb.

Xatırladaq ki, bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş "Şəhərsalma və Memarlıq İli"nə həsr edilib.

VI "Yüksəliş" müsabiqəsinin final mərhələsi iyulun 17-19-da baş tutacaq.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

Reklam