Ukrayna Silahlı Qüvvələrinin 22 iyunda Voronejə raket hücumu nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Axtarışlar yekunlaşıb və itkin düşmüş sonuncu şəxs dağıntılar altında ölmüş vəziyyətdə tapılıb.
Reyting.az-ın xəbərinə görə, bu barədə Voronej vilayət qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında bildirib.
Qusevin qeyd edib ki, yaralıların ümumi sayı hazırda 68 nəfərdir, onlardan altısı dünyasını dəyişib: “Təəssüf ki, sonuncu itkin düşmüş şəxs dağıntılar altında cansız tapılıb. Voronejdə iyirmi bir yetkin hələ də bölgədəki dörd xəstəxanada tibbi yardım alır”.
Qubernatorun sözlərinə görə, qurbanların ailələrinə kompensasiya ödənişləri artıq başlayıb.
V. Quliyev