Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, Rusiya hələ də Ukrayna münaqişəsində bütün hərbi arsenalından istifadə etməyib.
Reyting.az xəbər verir ki, A. Vuçiç Rusiyanın məğlubiyyətinə ümid bəsləyənlərin yanıldığını bildirib. Onun sözlərinə görə, Rusiyanı məğlub etmək bir çox səbəblərə görə asan deyil.
Vuçiç serb jurnalistlərinə açıqlamasında qeyd edib ki, Rusiya indiyədək arsenalındakı nə “Bulava”, nə “İskəndər” raketlərindən, nə də nüvə silahından Ukraynaya qarşı istifadə edib.
Prezident əlavə edib ki, Rusiya hərbi baxımdan məğlub olmağa imkan verməyəcək. Bununla yanaşı, Vuçiç vəziyyətin daha da gərginləşməyəcəyinə ümid etdiyini vurğulayıb.
E. Kamal