Mayın 21-də Xəzər dənizində zəlzələ baş verib.
Reyting.az-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildiriblər.
Yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,6 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.