Advert
Advert

Xaçmazda eşşəyin dişlədiyi kişi ölüb

Tarix:
Xaçmazda eşşəyin dişlədiyi kişi ölüb
Reklam

Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb.

“Shimal.news” xəbər verir ki, bir həftə əvvəl rayonun Yergüc kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovu kənd ərazisində eşşək dişləyib.

Hadisədən sonra bir müddət ev şəraitində müalicə alan 70 yaşlı kişi ötən gün vəfat edib.

Mərhumun meyiti müayinə aparılması üçün Xaçmaz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib/qafqazinfo

Reklam