Advert
Advert

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs olunub

Tarix:
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs olunub
Reklam

Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib. 

Reyting.az Manset.az-a istinadla xəbər verir ki, bu dəqiqələrdə keçirilən clasda Nigar Həsənova həbs edilib.

Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərin külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib.

Reklam