Advert
Advert

Xamnəi Körfəz ölkələrini İranı dəstəkləməyə çağırıb

Tarix:
Xamnəi Körfəz ölkələrini İranı dəstəkləməyə çağırıb
Reklam

İranın yeni ali lideri Müctəba Xamnəi Fars körfəzi ölkələrini Tehranı dəstəkləməyə və onun mövqeyini tutmağa çağırıb. Yerli KİV bu barədə İran rəhbərliyinin bəyanatına istinadla xəbər verir.

Reyting.az-ın məlumatına görə, o, bildirib ki, İran öz tələblərindən əl çəkmək niyyətində deyil və dəymiş ziyana görə ABŞ və İsraildən təzminat tələb edəcək. 

M. Xamnəi həmçinin Hörmüz boğazına nəzarətin yeni mərhələsinə keçdiyini açıqlayıb: “Tehran boğazdan gəmiçilik üçün istifadə edən ölkələrlə razılaşma yolu ilə bu marşrut üzərində nəzarəti gücləndirməyi düşünür. Bununla belə, İran bu marşrutun idarə edilməsində əsas rolu saxlamaqda israrlıdır”.

E. Kamal

Reklam