Advert
Advert

Xamnəi: Yaxın Şərq ABŞ üçün təhlükəsiz olmayacaq

Tarix:
Xamnəi: Yaxın Şərq ABŞ üçün təhlükəsiz olmayacaq
Reklam

ABŞ artıq Yaxın Şərq ölkələrindən regiondakı hərbi bazaları üçün qalxan kimi istifadə edə və özü üçün təhlükəsiz yer tapa bilməyəcək.

Reyting.az-ın məlumatına görə, bunu İranın Ali lideri Ayətullah Müctəba Xamnəi bildirib. 

Dini lider yazılı açıqlamasında qeyd edib: 

"Bir şey dəqiqdir: zamanın əli geri dönməyəcək və region xalqları və ölkələri artıq Amerika bazaları üçün qalxan rolunu oynamayacaq. ABŞ-ın regiondakı intriqaları və hərbi bazaları üçün artıq təhlükəsiz sığınacağı olmayacaq, həm də, ABŞ getdikcə daha çox mövqe itirir".

Xamnəi problemləri birgə həll etmək üçün bütün müsəlman ölkələrini dostluğa, əməkdaşlığa və qarşılıqlı dəstəyə çağırıb.

E. Kamal
 

Reklam