Advert
Advert

Xankəndi və Ağdərəyə daha 80 nəfər qayıdıb

Tarix:
Xankəndi və Ağdərəyə daha 80 nəfər qayıdıb
Reklam

İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç karvanları gəlib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb.

Sakinlərə mənzillərin açarlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib. 

Tədbirdə çıxış edən S. Qəhrəmanov sakinləri yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara doğma torpaqda xoş günlər   arzulayıb. O, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə də məlumat verərək bildirib ki, sakinlərin burda rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb, sosial obyektlər istifadəyə verilib. O, həmçinin sakinlərin məşğulluq məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bölgədə yeni iş yerlərinin yaradıldığını, peşə hazırlığı və məşğulluq proqramlarının icra edildiyini, qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib. 

Sakinlər də doğma torpağa qayıdış sevinclərini bölüşərək, bu qüruru yaşadanlara təşəkkür ediblər. 

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə köç mərhələli şəkildə həyata keçirilir.

Reklam