Bu gecə Ukrayna Silahlı Qüvvələri üç körpüyə zərbə endirib.
Reyting.az xəbər verir ki, bu barədə Xerson vilayətinin rəsmisi Vladimir Saldo məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsindəki körpülərə hücumları davam etdirir.
“Bu gecə Ukrayna Silahlı Qüvvələri Şimali Krım Kanalı üzərindəki Preobrajenka və Mırne yaxınlığındakı körpülərə, Perekop-Armyansk marşrutu üzərində yerləşən avtomobil körpüsünə, eləcə də Stavki kəndi yaxınlığındakı körpüyə hücum edib. İlkin məlumata görə, obyektlərə ziyan dəyib”,- deyə o yazıb.
Saldo əlavə edib ki, hazırda mütəxəssislər yoxlama aparır və körpülərin vəziyyətini qiymətləndirirlər. Onun sözlərinə görə, Ukrayna tərəfi hücumlarını regionun nəqliyyat infrastrukturuna yönəltməyə çalışır.
Bu arada “Krım Küləyi” Teleqram kanalı bildirib ki, iyunun 11-də gecə saatlarında Krıma raket və pilotsuz uçuş aparatları ilə edilən hücum nəticəsində Armyansk şəhərində iki avtomobil körpüsü zədələnib. Bunlardan biri Xerson bölgəsindən şəhərə girişdə, digəri isə Krasnoperekopsk istiqamətində çıxışda yerləşir. Hücum zamanı yük avtomobillərinə də ziyan dəyib.
E. Kamal