Advert
Advert

Xocalıya daha 9 ailə köçüb 

Tarix:
Xocalıya daha 9 ailə köçüb 
Reklam

Mayın 26-da Xocalı rayonunun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub. 

Köç prosesi çərçivəsində Xanabad kəndinə 2 ailə olmaqla 9 nəfər, Badara kəndinə 2 ailə olmaqla 4 nəfər, Ballıca kəndinə 1 ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə 1 ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə 3 ailə olmaqla 12 nəfər köçürülüb. Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. 

Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər. 

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi davam etdirilir.

Reklam