Misli Premyer Liqasının XXVI turunda "Qəbələ" "Kəpəz"ə qalib gəlib.
Reyting.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları İsmael Akinade (74) və Domi Massumo (89) vurublar.
"Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 19 xalla 11-ci sırada yer alıb.
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.(Report)