Güclü yağışlar Dağıstan Respublikasında fəlakətə səbəb olub. Sel nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb, infrastruktura ciddi zərər dəyib.
Reyting.az Rusiya mətbuatına istinadla xəbər verir ki, çayların məcradan çıxması Dağıstanda onlarla yaşayış məntəqəsini su altında qoyub, insan tələfatına səbəb olub.
Paytaxt Mahaçqalada leysan yağışların səbəb olduğu güclü daşqın zamanı çoxmərtəbəli yaşayış binası uçub.

Qalxan su binanın altındakı torpağı yuyub apardığı üçün bina sürüşərək yaxınlıqdakı çaya düşüb.
Güclü yağışlar mart ayının sonlarından etibarən Dağıstanda davam edir və bölgə üzrə genişmiqyaslı daşqınlara səbəb olub.
Dərbənd rayonunda daşan sular Gədcux su anbarındakı bəndi yararaq yaxınlıqdakı bir neçə yaşayış məntəqəsinə axıb.
Türkiyədə də ağır vəziyyət hökm sürür. Qara dəniz bölgəsində 1000-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Sel suları avtomobilləri aparıb, torpaq sürüşmələri baş verib, təsərrüfatlara ciddi zərər verib.

V. Quliyev