Advert
Advert

Yalnız 13 ölkədə təmiz hava var

Tarix:
Yalnız 13 ölkədə təmiz hava var
Reklam

2025-ci ildə aparılan araşdırmalar və 2026-cı il üçün təqdim edilən infoqrafikaya görə, dünyada yalnız 13 ölkənin, eyni zamanda ərazinin saf və təhlükəsiz havası var.

Reyting.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı göstərir ki, normaya əsasən havadakı zərərli PM2.5 hissəcikləri üçün təhlükəsizlik həddi 5 mkq/m³ göstəricisi ilə müəyyən olunur. Sözügedən bu hissəciklər dünya ölkələrinin əksəriyyətində daha çox fəaldır, üstəlik, havadan ağciyərlərə, qana keçməklə, tənəffüs, ürək-damar və xərçəng xəstəlikləri riski yaradır.

"IQAir" şirkətinin 143 ölkəni və 9446 şəhəri əhatə edən 2025-ci il hesabatında xüsusi qeyd edilib ki, yalnız 13 ölkədə və təmiz havalı ərazidə bu normaya uyğun şəraitə rast gəlinib. 

Avropada təhlükəsiz, həmçinin təmiz hava yalnız Andorra, Estoniya və İslandiyadadır.

Digər təhlükəsiz havası ilə seçilən ölkələr arasında Avstraliya, Barbados və Bermud adaları, Fransız Polineziyası, Qrenada, Yeni Kaledoniya, Panama, Puerto Riko, ABŞ-nın Virciniya adaları və Reyunion yer alıb.

2025-2026-cı illəri əhatə edən hesabata görə, araşdırılan 143 ölkədən 130-da təmiz hava keyfiyyətli olmamaqla yanaşı, həm də təhlükəsizlik səviyyəsi elə aşağıdır ki, bu da havanın təhlükə mənbəyi olması anlamına gəlir. Ən çirkli ölkələrin sırasında ilk yerlərə çıxan Çad, Pakistan, Banqladeş, Tacikistan və Konqo Demokratik Respublikasında  hava ən təhlükəli həddədir.

Oqtay QORÇU

Reklam