Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Yaroslavl şəhərindəki neft obyektinə zərbə endirib. Bu obyekt Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə kömək edib.
Reyting.az xəbər verir ki, bunu “Telegram” kanalında Ukrayna Prezidenti Zelenski deyib.
“Yaroslavl, Ukrayna dövlət sərhədindən 700 kilometrdən çox məsafədədir. Rusiya müharibəsinin maliyyələşdirilməsi üçün böyük əhəmiyyət kəsb edən neft obyektidir”, - Zelenski vurğulayıb.
Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinə və hərbi kəşfiyyatına təşəkkür edib: “Rusiyanın şəhərlərimizə və kəndlərimizə hücumlarına cavab olaraq Ukraynanın uzunmüddətli sanksiyaları qüvvədə qaldı. Rusiya əsl sülhü seçməlidir və bunu yalnız güclü təzyiq təmin edəcək”.
V. Quliyev