"Yaxın Şərqdəki gərginlik daha böyük müharibəyə çevrilir".
Reyting.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiyanın (STRATCOM) Zirvə toplantısında deyib.
Onun sözlərinə görə, Türkiyə bölgə ölkələrini ciddi eskalasiyaya sürükləyəcək gərginliklərə qarşıdır.
H. Fidan əlavə edib ki, ABŞ və İsrailin İrana hücumu və Tehranın cavab əməliyyatları Körfəz ölkələrinə təhdid yaradır. Bu isə yalnız İsrailin savaşı deyil, çünki gərginliyin bədəlini bütün dünya ödəyir.
Nazir geosiyasi və iqtisadi çətinliklərin artdığını da bildirib.