Filippinin cənubundakı General Santos şəhərinin sahillərində baş verən 7,0 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Mütəxəssislər təkanların təhlükəli dalğalar yarada biləcək qədər güclü olduğunu aydınlaşdırıblar.
Mindanaonun cənub və qərbindəki sahilyanı ərazilərdə yaşayan sakinlərə dərhal daha yüksək ərazilərə köçmələri tövsiyə olunub. İnstitutun məlumatına görə, birinci dalğa sahilə çata bilər və artan aktivlik bir neçə saat davam edəcək.
Seysmoloqlar xəbərdarlıq edirlər ki, dalğaların hündürlüyü çox yüksək ola bilər.
V. Quliyev