Tiqan Kroft
"Disney" kino studiyası tərəfindən "Rapunsel: Qarışıq nağıl" animasiyasının motivləri əsasında lentə alınacaq yeni bədii filmin baş rollarının ifaçıları müəyyənləşib.
Reyting.az-ın məlumatına görə, Rapunselin rolunu avstraliyalı aktrisa Tiqan Kroft, Flinn Rayderi isə Hollivudun tanınmış oyunçusu Maylo Maynhaim canlandıracaq. Yeni filmin rejissoru isə kinoda, eləcə də estrada sahəsində öz musiqili layihələri ilə tanınan Maykl Qreysi olacaq.
Xatırladaq ki, amerikalı tamaşaçılar daha çox kinoaktrisa Tiqan Kroftu "Titanlar" serialındakı məşhur Reyven rolu ilə tanıyıblar.
Oqtay QORÇU