ABŞ hökuməti uçan naməlum obyektlər (UFO/UAP) və mümkün yadplanetli mənşəli hadisələrlə bağlı araşdırmalar aparmaq, həmçinin əldə olunan məlumatları ictimaiyyətə açıqlamaq məqsədilə yeni hökumətlərarası Elmi Şura yaradıb.
Reyting.az xəbər verir ki, yeni Elmi Şuranın məsləhət qrupuna tanınmış astrofizik Avi Loeb rəhbərlik edir.
Şura hərbi pilotlar, radar sistemləri və digər mənbələr tərəfindən qeydə alınmış, mənşəyi hələ də müəyyən edilməmiş obyektləri elmi metodlarla araşdıracaq.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iyunun 12-də UFO/UAP-lərlə bağlı daha 72 sənəd, video və görüntü yayımlayıb. Materiallarda ABŞ-ın şimal-şərqində müşahidə edilmiş parlaq qırmızı və ağ kürələrdən bəhs olunur. Bəzi hadisələrin səbəbi hələ də müəyyən edilməyib. Bununla belə, hökumət sənədlərində həmin obyektlərin yadplanetli mənşəyə malik olduğunu təsdiqləyən qəti sübut təqdim olunmayıb.
V. Quliyev