Advert
Advert

Yeni "Ferrari Luce" bu il satışa çıxarılacaq 

Tarix:
Yeni
Reklam

Dünya şöhrətli "Ferrari" şirkəti ilk dəfə "Luce" elektromobil modelini təqdim edib. Yeni avtomobilin dizaynı məşhur dizaynerlər Mark Nyuson və Coni Ayv tərəfindən hazırlanıb.

Reyting.az-ın məlumatına görə, müasir model tam elektrik mühərriklidir və bu, maşına 1035 at gücü hasil etməsinə şərait yaradır. 

Yeni "Luce" avtomobili 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə çatır, həm də 122 kVt-saatlıq gücüna malik batareya ilə "WLTP" standartına görə, 530 kilometrlik məsafəni tam maneəsiz qət edə bilir.

"Ferrari Luce" xüsusilə aerodinamik gövdə, aktiv spoylerlər, həmçinin 5 nəfərlik salon, eyni zamanda bu avtomobil markasının tarixində ən böyük yük yeri ilə seçilir. 

Şirkət avtomobil üçün xüsusi süni mühərrik səsi sistemi də hazırlayıb.

"Ferrari" şirkətindən bildiriblər ki, "Luce" elektrik avtomobilinin Avropada satışına bu ildən başlanılacaq və maşının qiyməti təxminən 550 min avro civarında olacaq.

Oqtay Qorçu
 

Reklam