Advert
Advert

Yeni sanksiyalar Kubanın vəziyyətini daha da pisləşdirir

Tarix:
 Yeni sanksiyalar Kubanın vəziyyətini daha da pisləşdirir
Reklam

Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, ABŞ administrasiyası tərəfindən mayın 7-də Kubaya tətbiq edilən yeni iqtisadi sanksiyalar ölkədəki çətin vəziyyəti daha da pisləşdirir.

Reyting.az xəbər verir ki, Kuba Prezidenti bu barədə “X” platformasında yazıb. 

Prezident qeyd edib ki, əlavə iqtisadi sanksiyalar Kubanın vəziyyətini pisləşdirsə də, vətəni, inqilabı və sosializmi müdafiə etmək əzmini gücləndirir:

"Xalqımız artıq ABŞ hökumətinin hərəkətlərinin arxasındakı qəddarlığı və bizə hücum edə biləcəyini anlayır. Dünyanın qalan hissəsi kimi, biz də başa düşürük ki, bu, sadəcə sülh içində yaşamaq, öz taleyinə nəzarət etmək və ABŞ imperializminin zərərli müdaxiləsindən azad olmaq istəyən bir millətə və əhaliyə qarşı birtərəfli təcavüzdür".

Qeyd edək ki, ABŞ mayın 7-də Kuba iqtisadiyyatının təxminən 40 faizinə nəzarət edən GAESA konqlomeratına, eləcə də onun baş direktoruna və ada ölkəsindəki nikel mədəninin birgə müəssisəsinə sanksiyalar tətbiq edib. Bu barədə ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio məlumat verib.

V. Quliyev
 

Reklam