Advert
Advert

Yenilənən kosmik gəmi uçuşa hazırlanır

Tarix:
Yenilənən kosmik gəmi uçuşa hazırlanır
Reklam

Yenilənmiş “Starship V4” kosmik gəmisinin ilk uçuşunun 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Reyting.az xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin baş direktoru, amerikalı milyarder İlon Mask məlumat verib.

Bildirilib ki, “Starship V4” kosmik gəmisinin birinci pilləsində “Super Heavy 33” mühərriki saxlanılacaq. Eyni zamanda, üst pillə olan “Starship” gəmisi uzadılacaq və 3 atmosfer, 6 vakuum olmaqla ümumilikdə 9 yeni mühərriklə təchiz ediləcək.

Mütəxəssislərin sözlərinə görə, “Starship V4” və ona qoşulan “Super Heavy” sistemi təxminən 150 metr hündürlüyə və 7500 ton start kütləsinə malik olacaq.

Qeyd edilir ki, yeni sistem təkrar istifadə rejimində Yer orbitinə 200 tondan artıq faydalı yük çıxara biləcək. Ekspertlər hesab edirlər ki, bu göstəricilər reallaşarsa, kosmosa yük daşınması xərclərini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.

İlon Mask bildirib ki, yeni sistem yaxın gələcəkdə Mars missiyalarına hazırlıq çərçivəsində nəzərdə tutulan orbital infrastrukturların qurulmasına da imkan verəcək.

İ. Maskın və “SpaceX” şirkətinin açıqlamalarından məlum olur ki, “Starship” raketinin daxili hissəsinin ümumi hermetik həcmi 1000 kubmetrdən çox olacaq. Bu isə müqayisə baxımından “International Space Station” stansiyasının yaşayış sahəsindən daha böyük hesab edilir.

Son məlumata görə, “SpaceX” şirkəti 12 may 2026-cı il tarixindən etibarən Texas ştatında yerləşən “Starbase” kosmodromunda “Starship V3” kosmik gəmisinin ilk sınaq uçuşunu həyata keçirməyi planlaşdırır. Uçuş pəncərələri isə 18 maya qədər hər gün açıq olacaq.

Oqtay Qorçu
 

Reklam