Advert
Advert

Yeniyetməni avtomobil vuraraq öldürüb

Tarix:
Yeniyetməni avtomobil vuraraq öldürüb
Reklam

Cəlilabad rayonunda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Reyting.az "Report"-a istinadla xəbər verir ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

Reklam